11 Avq

Avqustun 11-i gözəl, kübar və çox hörmət etdiyimiz sevimli dostumuz və həmkarımız Emiliya xanımın doğum günüdür.

 

Emiliya Əliyeva haqqında qısa arayış: Emiliya Kamal qızı Əliyeva Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. 2009-cu ildə “XVIII əsrin II yarısı – XIX əsrin II yarısında Şimali Azərbaycanda əkinçilik və suvarma sistemi” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adına layıq görülmüşdür. “Xanlıqlar dövründə Azərbaycanda əkinçilik və suvarma sistemi” adlı monoqrafiyanın və 30-dan çox məqalənin müəllifidur. Türkiyə və Rusiyada arxivlərdə çalışmış, eyni zamanda konfranslarda iştirak etmişdir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Yeni Tarix” şöbəsinin aparıcı elmi işçisi, Azərbayan Tarix Qurumunun üzvüdür. Azərbayan dilindən başqa rus və alman dillərini bilir.

Dostları və həmkarları Emiliya xanım haqqında

Adilə Ağabəyova: Dostlar böyük həyat nəğməsinin notlarıdırlar. Onlar elə bir melodiyadırlar ki, daim səni ruhlandırır, sənə qol-qanad verirlər. Canım Emili, mən həyatda bunun təsdiqini gördüm. Sizin kimi dostlarım olduğu üçün çox şanslıyam. Canım Emili, yeni ömür yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan. O gözəl simanı daim sevinc gülüşü nurlandırsın. Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən dərin qatlarına baş vurasan! Sənə Sibir can sağlığı, gürcü şadlığı və nəhayət, Azərbaycan uzun ömrü arzulayıram!

Fəridə Əliyeva: Mehriban, səmimi, ailəsinə bağlı, şən və mehriban Emiliya xanımı ürəkdən təbrik edirəm. Allahdan ürəyindəki bütün arzularına catmağını istəyirəm.

Güntəkin Nəcəfli, AMEA Tarix İnstitutu şöbə müdiri: Emiliya mənim həm həyatda çox istədiyim, həm də hörmət etdiyim insandır. Ona görə ki, o təmizqəlbli, xeyirxah və çox kübar bir xanımdır. Mən Emiliyanı 25 ildir, aspiranturaya qəbul olduğum ilk günlərdən – 1993-cü ildən gözəl, kübar, sevimli, mehriban bir xanım kimi tanıyıram. Və sevinirəm ki, illər ötsə də bizim ”babulyamız” həm fiziki görkəminə, həm də xasiyyətinə görə heç dəyişməyib. Canımız, sevimli, həmişə gözəl və cavan “babulyamız”, nə yaxşı ki, varsan, nə yaxşı ki, əhatəmizdəsən. Uca Allahdan ürəyindən keçən bütün arzularını həyatda gerçək etməsini diləyirəm! Hər zaman yaxınlarının, əzizlərinin, səni sevənlərin əhatəsində olasan! Yeni yaşında sənə və ailənə can sağlığı, mənalı günlər və bol ruzi arzulayıram.

Mehri Xanbabayeva, AMEA Tarix İnstitutu şöbə müdiri: Əzizim Emiliya. Səni tanıdığım gündən nə qədər təmiz, mehriban, layiqli dost, gözəl nənə olduğunu gördüm. Qoy bu gözəlliklər səndə daima olsun. Həmişə üzün gülsün və ruhun da özün kimi belə cavan qalsın! Ad günün mübarək.

Aynur Əmənova: Əzizimiz Emiliya. Ad günün mübarək! Allahdan Sənə, ailən, övladların və nəvələrinlə bahəm uzun, sağlam, xoşbəxt, şən və həyat dolu ömür diləyir, elmi fəaliyyətində uğurlar arzulayıram.

Nərminə Əmirbəyova: Дорогая и любимая Эмилия. Ты Самый прекрасный человек на земле, идеал красоты и величия, загадка любви и заветное желание, яркая личность и предмет подражания. Пусть будет такой же доброй душа и мягким твоё сердце. Ты же знаешь, что не только в день рождения, но и в любой другой день я желаю тебе только от чистого сердца и очень искренне всего самого прекрасного и жизнерадостного! Любви, ярких, незабываемых встреч, верных друзей, праздничного настроения, исполнения заветных желаний.

Fərəh Hüseyn: Mənəvi və zahiri gözəlliyi ilə Emiliya xanım mənim təsəvvürümdə əsl Azərbaycan xanımının klassik nümunəsidir. Azərbaycan xanımı dedikdə təsəvvürümüzə gətirdiyimiz  bütün gözəl xüsusiyyətləri bu xanımda görmək olar.  Çox mülayım, gülərüzlü və xeyirxah, həm də ləyaqətli, nəcib və qürurlu, sözün əsl mənasında ağıllı-kamallı bir xanımdır.  Ən çox xoşuma gələn cəhət isə uşaqlarla ünsiyyət yaratmaq bacarığıdır,  “uşaq ilə uşaq olmaq” istedadı var onda. Bu cəhət yalnız sadə, səmimi və qəlbən təmiz olan insanlara nəsib olur. Emiliya xanıma can sağlığı arzulayıram, gözəl ailəsi, uşaqları və nəvələri ilə hər zaman sevinsin. Və hər zaman ruhən və cismən belə gənc qalsın !!!

İradə Məmmədova: Mən hələ dissertant olduğum zamanlarda Tarix İnstitutuna gəlib gedərkən Emiliya xanım sakit və həlim təbiəti, gözəl davranışı, kubar ünsiyyət tərzi ilə diqqətimi cəlb etmişdi. İnstitutda işləməyə başlayandan sonra isə onu daha da yaxından tanımağa başladım. Bu uzun saçlı, ağıllı, gözəl, nəcib, zövqlü və təvazökar xanımın daxili gözəlliyi ilə xarici gözəlliyinin bu qədər üst-üstə düşməyi məni sevindirirdi. Sonradan Emiliya xanımın necə bir nəslin nümayəndəsi olduğunu öyrəndim. Ot kökü istə bitər deyirlər. Emiliya xanım həm nəslinin, həm də tarih elmində əhəmiyyətli iz qoyub getmiş atası Kamal Əliyevin layiqli davamçısı, eyni zamanda gözəl həyat yoldaşı və iki övladına doğru, düzgün tərbiyə vermiş Anadır. Əziz bacım Emiliya xanımı ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ailəsi və sevdikləri ilə birlikdə firavan və mənalı hayat, ən əsası isə möhkəm can sağlığı arzulayıram.

Azərbaycan Tarix Qurumu Emiliya xanımı ad günü münasibəti ilə ürəkdən təbrik edir, onun haqqındakı bütün arzulara qoşulur, ona uzun ömür, can sağlığı, elmi və şəxsi fəaliyyətində uğurlar arzulayır!

Azərbaycan Tarix Qurumu

11.08.2018.

 

1 Şərh

  • Emiliya Aliyeva Avqust 18, 2018 tarixində, saat 7:50 səhər

    Mənim haqqımda dediyiniz belə xoş sözlərə görə təşəkkür edirəm!Fikirləşirəm ki belə insanların əhatəsində insan heç qocalmaz.Allah sizin də arzularınızı çın eləsin! Azərbaycan Tarix Qurumuna isə xüsusi təşəkkürüm var!Öpürəm hamınızı!

    Cavabla

Şərh yaz