“Azərbaycan Tarix Qurumu” ictimai birliyi 1993-cü il martın 8-də 41 tarixçi (Ş.M.Fərzəliyev, Z. Qafarov, M.M.Mirzəyev, F.S.Hüseynov, T.B.Qafarov, T.T.Mustafazadə, F.A.Əhmədşina, V.Quliyev, İ.S.Məmmədova, R.Məlikov, S.Mustafayeva, H.Həsənov, T. Əliyeva, Ə.Ə. Əliyeva, İ.Y.Həsənov, A.Ə.Tahirova, C.Ə.Bəhramov, C.H.Məhərrəmov, Ə.S.Əhmədov, Ə.X..Əhmədov, E.H.Qədirova, R.B.Musayev, E.S.Əliyev, R.H.Xuduyev, İ.M.Əlyarov, A.Ş.Axundov, S.A.Qurbanova, A.C. Muradova, S.S.Sultanov, F.Ş.Məmmədquliyeva, S.T.Mazarova, H.F.Abdullayeva, Y.Ə.Səfərov, M.S.İsgəndərova, V.A.Umudov, S.Y.Qasımova, S.D. Bağışova, Z.Ə.Əlizadə, R.F.Bədirbəyli, Q.H.Baxşəliyev, N.M.Quliyeva, N.R. Axundova, Ş.İ.Mehdiyev) tərəfindən təsdiq olunmuş və həmin ilin sentyabrın 22-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, tarix elmləri doktoru Tofiq Mustafazadə təşkilatın sədri, tarix elmləri doktoru Tahir Qafarov isə həmsədri seçilmişdir. T. Qafarov 2003-cü ildə vəfat etmişdir. Hal-hazırda təşkilatın sədri Əməkdar elm xadimi, t.ü.e.d., prof. Tofiq Mustafazadədir.