09 Fev

Elmin dayağısan, Yaqub müəllim!

            (A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir                    üzvü, Əməkdar elm xadimi, millət vəkili Y.M.Mahmudova)

Vətən tarixini sevib, aradın

Elin dərd-sərinə sən çox yaradın,

Düşməni sözünlə tən paraladın.

Millətin soykökün düşünən alim,

Elmin dayağısan, Yaqub müəllim!

 

Zəhmətlə böyüdün, ərsəyə çatdın,

Zülmün, haqsızlığın acısın daddın,

Oxudun, çalışdın, tarix yaratdın

Bir deyən olmadı: – “köməyə gəlim?…”

Elmin dayağısan, Yaqub müəllim!

 

Erkən duydun azadlığın dadını,

Pozmamısan ilqarını, andını

Ucaltmısan Səfəvilər adını.

Əsrlərin yükün daşıyan alim,

Elmin dayağısan, Yaqub müəllim!

 

Çox düşdün izinə gizli sirlərin

Arayıb-açmısan o məxəzlərin,

Soyqırım törədən, şərəfsizlərin…

Qəsdinə durmusan, olmazsan həlim,

Elmin dayağısan, Yaqub müəllim!

 

“İrəvan tarixi” şah əsərindir,

Sinəndə qövr edən dərdi-sərindir,

Düşmənə layiqli bir sipərindir,

Haqqa güvənmisən, fədakar alim,

Elmin dayağısan, Yaqub müəllim!

 

Dostun Nizamilə Məclislərdə siz,

Yurddaşı qoymadız qalsın çarəsiz,

Elmə də töhfələr verdiz, şübhəsiz

Yazıldı tarixim, ucaldı dilim,

Elmin dayağısan, Yaqub müəllim!

 

Heydər dühasının davamçısısan,

Böyük əməllərin ilhamçısısan,

Tarix elmimizin bir carçısısan,

Vermisən gənclərə dəyərli təlim,

Elmin dayağısan, Yaqub müəllim!

 

                                                                                         Zəfər Kərimov

                                                                   “Qızıl qələm” Media mükafatı laureatı

 

Şərh yaz