05 May

 

 

Bu gün istedadlı, dəyərli və çox sevdiyimiz dostumuz və həmkarımız Fərəh xanımın doğum günüdür.

Fərəh haqqında qısa arayış: Fərəh Adil qızı Hüseyn 1985-1990-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk dili və ədəbiyyatı bölməsini bitirmiş, 1993-1996-cı illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani aspirantı olmuş, aspiranturanı bitirdikdən sonra İnstitutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində kiçik elmi işçi vəzifəsində işə qəbul edilmiş, 1999-cu ilin noyabr ayında “XVI əsrin son rübündə Azərbaycanın hərbi-siyasi tarixi (XVI əsr osmanlı müvərrixi İ.Rəhimizadənin əsərləri əsasında)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Hal-hazırda 1724-cü il Osmanlı mənbəyi Rəvan livası Müfəssəl Təhrir dəftərinin tərcüməsi üzərində çalışır. Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi olan Fərəh Hüseyn çalışdığı müddət ərzində özünü yüksək elmi qabiliyyətə malik olan tədqiqatçı kimi göstərmiş, İnstitutun ictimai və elmi işlərində fəal iştirak etmiş, bir monoqrafiya və 30-dan çox elmi məqalənin müəllifidir, Azərbaycanda və xarici ölkələrdə keçirilmiş konfranslarda Azərbaycanı layiqincə təmsil etmiş, Türkiyə və Rusiyanın müxtəlif arxivlərində çalışmış, hər zaman qaynaqlara əsaslanan dərin məzmunlu tədqiqat əsərləri ortaya qoymağı bacarmışdır.

 

Dostları və həmkarları Fərəh haqqında:

Prof. Dr. Tofiq Mustafazadə, AMEA Tarix İnstitutu şöbə müdiri, Azərbaycan Tarix Qurumunun sədri: Mən Fərəhi illərdir çox ciddi bir tədqiqatçı, orta əsrlər tarixinin bilicisi, siyaqatı oxuya bilən bir alim kimi tanıyıram. O həm də çox vətənpərvər bir qızdır. Bir neçə il bundan qabaq fevral ayında Xocalı faciəsi ilə bağlı Ərzurum Universitetində məruzə etmək üçün alim axtardığımızda bəzi kişi həmkarlarımız belə qarlı və şaxtalı havada Ərzuruma getməyə çəkindi. Çünki Ərzurum Türkiyənin Sibiri sayılır. Fərəh isə heç tərəddüd etmədən bu təklifi qəbul etdi, qarlı, çovğunlu havada gedib Xocalı həqiqətlərini Ərzurum Universitetinin tələbələrinə çatdırdı.

Güntəkin Nəcəfli, AMEA Tarix İnstitutu şöbə müdiri: Mənə yaxın olanlar arasında iki mühüm xüsusiyyətə daha çox dəyər verirəm. Bunlardan ən başlıcası səmimiyyət və həsəd hissindən uzaq olmalarıdır. Mən hər zaman Fərəhdə bu xüsusiyyətləri gördüm. Elə bu xasiyyətlərinə görə Fərəh mənim üçün dəyərlidir. Əzizim Fərəh, nə qədər geç görüşsək də, hər gün ünsiyyətdə olmasaq da Sən hər zaman qəlbimdə xüsusi yeri olan dəyərli bir insan, güvənli bir dostsan. Allah səni və ailəni qorusun! Uca Rəbbimiz yeni yaşında Sənə xeyirli yeniliklər, sevincli günlər qismət etsin! Səni sən düşündüyündən də çox istəyən Güntəkin.

Mehri Xanbabayeva, AMEA Tarix İnstitutu şöbə müdiri: Əzizim Fərəh! Sən öz ləyaqətinlə, səmimiyyətinlə əsil dostluğa layiq bir insansan. Allahdan arzum budur ki, hər zaman gerçək dostlar əhatəsində olasan!

Nərgiz Axundova, AMEA Tarix İnstitutu şöbə müdiri: Фарах – прекрасный человек. Я люблю и уважаю этого человека, в первую очередь, за честность, справедливость, прямоту, порядочность, отзывчивость, ум и доброту. Эти качества сегодня редко встретишь в одном человеке. Более того, Фарах – блестящий специалист, патриот науки и патриот своей страны. Отношение Фарах к своим коллегам и к своему делу завоевало ей безграничный авторитет в институте. Мы с Фарах работаем бок о бок многие годы. Могу сказать, что я доверяю ей настолько, что практически не бывает ни одной статьи, по которой я не спросила бы мнение Фарах. Я благодарна судьбе, что у меня есть такой верный и надёжный друг и компетентный коллега.

Adilə Ağabəyova: Əzizimiz Fərəh xanım! Belə bir deyim var: Dostlar da kitab kimidirlər. Sən onların hamısını oxumursan, ən yaxşılarını seçirsən. Sən də bizim seçilmişlərdənsən. Tanrı səni qorusun. Daim sevdiklərinlə, səni sevənlərin əhatəsində olasan. İnşallah ürəyində nə arzun varsa yerinə yetsin. Həyatda layiq olduğun məqama çatasan. Xoşbəxt ol, qızım!

Fəridə Əliyeva: Təmiz qəlbli, xoş niyyətli, zəhmətkeş və savadlı Fərəhimiz. Sənə dünyanın bütün gözəlliklərini arzulayıram. Çünki sən buna layiqsən. Qubanın ağ alması kimi safsan.

Emiliya Əliyeva: Fərəh sənə yalnız can saglığı və əsl qadın xosbəxtliyi arzulayıram.

Aynur Əmənova: Əzizimiz Fərəh. Ad günün mübarək! Sənə uzun ömür, can sağlığı, qəlb rahatlığı, həyatında və elmi fəaliyyətində uğurlar arzulayıram.

Nərminə Əmirbəyova: Дорогая Фарах. Примите самые искренние поздравления и выражение глубокой признательности в день твоего рождения. Надо отметить, что быть ученым – это значит быть терпеливым, вдумчивым человеком, обладающим невероятным запасом знаний, эрудиции, терпения, умением анализировать и сопоставлять. Быть ученым – это значит не принадлежать себе, ведь наука требует колоссальных затрат времени и сил! Все это у тебя есть. Поэтому от всей души желаю тебе крепкого здоровья и пусть твои научные изыскания подарят огромное моральное удовлетворение, благополучие, радость и уважение!

İradə Məmmədova: Fərəhi illərdir savadlı, tərbiyəli, ağıllı, gözəl bir xanım olaraq tanıyırdım. Amma insanı səfərdə tanıyarlar məsəli hər zaman özünü doğruldur. Moskvada arxivdə çalışdığımız və eyni otağı paylaşdığımız zaman əvvəllər da çox bəyəndiyim Fərəhin yeni və gözəl xüsusiyyətlərini kəşf etdim. Onun haqqındakı müsbət fikirlərimə diğər məziyyətləri də əlavə olundu: həddən artıq təvəzökar, sadə, saf, qayğıkeş, mərd, qürurlu, xeyirxah, zəkalı, özünü başqalarının yerinə qoymağı bacaran, hər kəsə kömək edən, alicənab, haqqı nahaqqa verməyən, dostluqda etibarlı, sədaqətli, qeybətdən uzaq, vətənpərvər, fəlsəfi və dərin düşüncə tərzinə malik, hadisələrə obyektiv yanaşma tərzi, dostlarının və həmkarlarının çox dəyər verdiyi və sevdiyi nəcib, kübar, üzündən təbəssüm əskik olmayan zərif  bir xanım…. Yəni haqqında lüğətdə olan bütün gözəl sözləri və xüsusiyyətləri söyləyə biləcəyim rəfiqəm və həmkarım. Fərəh eyni zamanda da bir tarixçi kimi maraqlı, qaynaqlara əsaslanan, mötəbər elmi məqalələrin və kitabların müəllifi, Osmanlı Türkçəsini, rika və siyaqat yazılarını asanlıqla oxuya bilən, Azərbaycan dilindən başqa, türk, rus, ingilis, fars və ərəb dillərini də yaxşı bilən bir mütəxəssis və gözəl alimdir. Dostlar ulduzlar kimidir, onları hər zaman görə bilməzsən, amma sənin üçün hər zaman var olduqlarını və səni düşündüklərini bilərsən. Fərəh də belə dostlardandır. Canım Fərəhim səni ürəkdən təbrik edir, hər zaman uğur və nailiyyətlərinlə bizləri sevindirməyini və fərəhləndirməyini arzu edirəm.

Həyat Şamıyeva: Fərəh Hüseyn, mənim indiyə qədər tanıdığım ən ədalətli xanımdır.  20 ildən artıqdır ki, onu tanıyıram. Bu illər ərzində o, heç zaman dəyişmədi, öz ədalətiylə, əqidəsinə sadiqliyiylə seçildi. Fərəh xanım çox sadə, kübar, böyük daxili mədəniyyətə sahib, ölçülü-biçili davranış və danışıq manerası olan, həssas bir insandır. Heç nə diqqətindən kənarda qalmaz onun. Onu başqalarından fərqləndirən də bunlardır: gözəl insan, sədaqətli dost, cəfakeş alim və ən əsası “ədalət rəmzi”. Fərəh xanıma sağlıqlı ömür, dəyişməz xarakterinə uzunömürlülük, şəxsi işlərində və elmi fəaliyyətində daha böyük uğurlar arzulayıram.

Azərbaycan Tarix Qurumu Fərəh xanımı ad günü münasibəti ilə ürəkdən təbrik edir, onun haqqındakı bütün arzulara qoşulur, ona uzun ömür, elmi fəaliyyətində uğurlar, şəxsi həyatında xoşbəxtlik arzulayır!

Azərbaycan Tarix Qurumu

05.05.2018.

 

 

1 Şərh

  • Fərəh Hüseyn May 11, 2018 tarixində, saat 1:01 səhər

    Əziz dəyərli dostlarım! Təbrik və diləkləriniz üçün minnətdaram. Xoşbəxtəm ki, bu illər ərzində hər zaman yanımda olmusunuz, dəstəyinizi və səmimiyyətinizi heç vaxt əsirgəməmisiniz.
    Ad günüm ərəfəsində gözəl, incə zövqlə təşkil edilmiş məclis üçün ayrıca təşəkkür! Xoş diləkləriniz və hədiyyələriniz mənim üçün çox qiymətlidir, lakin ən qiymətlisi sizlərin mənə olan dostluğunuzdur!

    Cavabla

Şərh yaz