10 İyn

 

Hörmətli tədqiqatçılar!

Azərbaycan MEA  A.A.Bakıxanov adına Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyi  tarixçilər və digər maraqlananları 2018-ci ilin noyabr ayında Bakı şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və Azərbaycan Tarix Qurumu ictimai birliyinin yaranmasının 25 illiyi münasibəti ilə təşkil olunacaq “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfransa dəvət edir.

Konfransda iştirak etmək istəyənlər 2018-ci il 30 sentyabr tarixinədək  məqalələri (8-10 səh. həcmində) irade.mammadli@gmail.com; tofig2014@rambler.ru  elektron ünvanlarına göndərmələri xahiş olunur. Konfransın materialları konfransa qədər çap olunacaqdır. Digər şəhərlərdən və xarici ölkələrdən gələn iştirakçıların bütün xərcləri onları göndərən təşkilat və özləri tərəfindən ödəniləcəkdir.

Məqalələr konfransın elmi istiqamətinə uyğun olmalı, aktual elmi problemlərə həsr edilməli, çapa ilk də­fə təqdim edilən işlər olmalıdır. Məqalələr Azərbaycan, Türk, Rus və İngilis dillərinin birində təqdim edilə bilər.

Məqalə yazı qaydası. Məqalələr 8 ilə 10 səhifə arasında olmalıdır. Məqalələr yazı qaydalarına uyğun şəkildə irade.mammadli@gmail.com; tofig2014@rambler.ru elektron ünvanına göndərilməlidir. Məqalənin mətni Microsoft Word 2007-2010 proqramında və A4 kağız formatında Times New Roman 14 şrifti ilə yazılmalı, cədvəl, ixtibas və istifadə olunan ədəbiyyat və mənbələr 12 pt, sətirarası 1, soldan 3 sm, sağdan 1 sm, üst və aşağıdan isə 2 sm olmalıdır. Məqalədə, mövzu böyük hərflə qara şriftlə ortada yazılmalı, onun üstündə sağa doğru müəllifin adı və soyadı yazılmalıdır. Ad və soyadın altında isə çalışdığı müəssisə, təşkilat və şəhərin adı, elmi dərəcə, elmi ad və elektron ünvanı olmalıdır. Müəllifin adından və başlıqdan sonra açar sözlər (5-6 söz) və 200 söz 12 pt məqalənin yazıldığı dildən başqa Azərbaycan və İngilis dilində xülasə yer almalıdır. Azərbaycan və İngiliscə xülasədə mövzunun adı da qeyd edilməlidir. İstifadə olunmuş ədəbiyyat və mənbələrin siyahısı mətnin sonunda əlifba sırası nömrələnərək, mətnin içində isə kvadrat mötərizədə istifadə olunmuş ədəbiyyat və mənbələrin nömrəsi və səhifə göstərilməklə verilməlidir. Məsələn, [5, s.34]. Xü­la­sədə tədqiqat işinin ma­hiy­yə­ti, müəllifin gəldiyi elmi nəticələr, işin elmi cəhətdən yeniliyi, tət­bi­qi əhəmiyyəti və s. yığ­cam şəkildə öz əksini tapmalıdır.

Mü­əl­lif məqalənin A4 for­ma­tın­da­ çap olunmuş nüsxəsini, məqalənin elektron variantı yazılmış CD və ya DVD diski, eləcə də əlaqə  üçün telefon nömrələrini təqdim etməlidir.

Əlaqə üçün:  Azərbaycan Respublikası, Bakı – 1143, Hüseyn Cavid prosp. 115, AMEA Tarix İnstitutu, 6-cı mərtəbə, 609 otaq.   

Mob. tel.: (+994 55) 810 09 05

 (+994 50) 377 20 66

 (+ 994 55) 669 08 55

E-mail: irade.mammadli@gmail.com; tofig2014@rambler.ru

 

Konfransın Təşkilat Komitəsi

Şərh yaz