03 Dek

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda tarix institutunun əməkdaşları və Türkiyə Cümhuriyyətindən gələn alimlər iştirak edib. Tədbir Qərbi Azərbaycan və İrəvan tarixinə həsr olunub.

II hissədə Tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova “İrəvan əyalətinin Göyçə mahalının sərhədləri, ərazisi və demoqrafik vəziyyəti (1831-ci il kameral təsviri üzrə)”, Tarix üzrə fəlsəfə doktoru, dosent Nazim Mustafa “İrəvan şəhərindəki türk-müsəlman irsi erməni tədqiqatçılarının əsərlərində”, Prof. Dr. Nejla Günay ““XX əsrin əvvəllərində İrəvan ətrafında Osmanlı-Rus-erməni fəaliyyətləri və bunun Azərbaycan türklərinə təsiri”, Tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov “XIX əsrin ilk sülsündə irəvanlıların xarici istilaçılara qarşı mübarizəsi”, Prof. Dr. Yavuz Aslan “Revanın demoqrafik tərkibinin dəyişməsi”, Prof. Dr. Mehmet Akif Okur “Ermənistanın tarixi geosiyasəti”, Tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Irəvan şəhərinin idarəçiliyi (1828-1849)”, Tarix üzrə fəlsəfə doktoru, dosent Fuad Tağıyev “İrevanın siyasi tarihi armalarda”, Tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “XIX-XX əsrlərdə İrəvan şəhərinin etnoqrafik mənzərəsi”mövzularında məruzələrlə çıxış ediblər.

Panel müzakirələr başa çatdıqdan sonra konfrans işini yekunlaşdırıb. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Qaynaq: https://www.facebook.com/story.php?story_fbid=734566502046851&id=100064805226672&mibextid=qi2Omg

Şərh yaz