29 May

                                          

Hörmətli tədqiqatçılar!

Azərbaycan MEA  A.A.Bakıxanov adına Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyi və “Azərbaycan Tarixçiləri Birliyi” tarixçiləri və digər maraqlananları 2017-ci ilin noyabrın əvvəlində Bakı şəhərində keçirilməsi planlaşdırılan “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfransa dəvət edir. Konfransda aşağıdakı istiqamətlər üzrə məruzə və çıxışların dinlənilməsi gözlənilir:

  1. 1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət;
  2. Rusiya müsəlmanlarının I qurultayı;
  3. Oktyabr çevrilişi və Azərbaycan;
  4. Azərbaycan və Rusiyanın digər xalqlarının müstəqillik uğrunda hərəkatı.

Konfransda iştirak etmək istəyənlər 2017-ci il iyun ayının 30-dək məruzə tezislərini (1-3 səh. həcmində) irade.mammadli@gmail.com; tofig2014@rambler.ru; ymahmudov@mail.ru  elektron ünvana göndərmələri xahiş olunur. Tezisləri qəbul edilən şəxslər isə 2017-ci il sentyabrın 10-dək məruzə mətnlərini konfransın Təşkilat Komitəsinə təqdim etməlidirlər. Konfransın materialları çap olunacaqdır. Digər şəhərlərdən və xarici ölkələrədən gələn iştirakçıların bütün xərcləri onları göndərən təşkilat və özləri tərəfindən ödəniləcəkdir.

Məqalələr konfransın elmi istiqamətinə uyğun olmalı, aktual elmi problemlərə həsr edilməli, çapa ilk də­fə təqdim edilən işlər olmalıdır. Məqalələr Azərbaycan, Türk, Rus və İngilis dillərinin birində təqdim edilə bilər.

Məqalə yazı qaydası. Məqalələr 8 ilə 10 səhifə arasında olmalıdır. Məqalələr yazı qaydalarına uyğun şəkildə irade.mammadli@gmail.com; tofig2014@rambler.ru; ymahmudov@mail.ru elektron ünvanına göndərilməlidir. Məqalənin mətni Microsoft Word 2007-2010 proqramında və A4 kağız formatında Times New Roman 14 şrifti ilə yazılmalı, cədvəl, ixtibas və istifadə olunan ədəbiyyat və mənbələr 12 pt, sətirarası 1, soldan 3 sm, sağdan 1 sm, üst və aşağıdan isə 2 sm olmalıdır. Məqalədə, mövzu böyük hərflə qara şriftlə ortada yazılmalı, onun üstündə sağa doğru müəllifin adı və soyadı yazılmalıdır. Ad və soyadın altında isə çalışdığı müəssisə, təşkilat və şəhərin adı, elmi dərəcə, elmi ad və elektron ünvanı olmalıdır. Müəllifin adından və başlıqdan sonra açar sözlər (5-6 söz) və 200 söz 12 pt məqalənin yazıldığı dildən başqa Azərbaycan və İngilis dilində xülasə yer almalıdır. Azərbaycan və İngiliscə xülasədə mövzunun adı da qeyd edilməlidir. İstifadə olunmuş ədəbiyyat və mənbələrin siyahısı mətnin sonunda əlifba sırası nömrələnərək, mətnin içində isə kvadrat mötərizədə istifadə olunmuş ədəbiyyat və mənbələrin nömrəsi və səhifə göstərilməklə verilməlidir. Məsələn, [5, s.34]. Xü­la­sədə tədqiqat işinin ma­hiy­yə­ti, müəllifin gəldiyi elmi nəticələr, işin elmi cəhətdən yeniliyi, tət­bi­qi əhəmiyyəti və s. yığ­cam şəkildə öz əksini tapmalıdır.

Mü­əl­lif məqalənin A4 for­ma­tın­da­ çap olunmuş nüsxəsini, məqalənin elektron variantı yazılmış CD və ya DVD diski, eləcə də əlaqə  üçün telefon nömrələrini təqdim etməlidir.

Əlaqə üçün:  Azərbaycan Respublikası, Bakı – 1143, Hüseyn Cavid prosp. 115, AMEA Tarix İnstitutu, 6-cı mərtəbə, 609 otaq.   

Mob. tel.: (+994 55) 810 09 05

                  (+994 50) 377 20 66

                  (+ 994 55) 669 08 55

E-mail: irade.mammadli@gmail.com; tofig2014@rambler.ru; ymahmudov@mail.ru

 

 

Konfransın Təşkilat Komitəsi