Azərbaycanı çox sevən, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin sədri Hasan Cəlal Gözəlin vəfatı ilə bağlı Azərbaycan Tarix Qurumunun başsağlığı

Azərbaycanı çox sevən, keçmiş Təhsil, Gənclər və İdman naziri, qiymətli ictimai xadim, Ermənistanın törətdiyi vəhşiliklərə ən kəskin etirazını bildirən, Ermənistanı dövlət deyil, terror təşkilatı olduğunu bildirən, Azərbaycandakı elmi tədbirlərdə yaxından iştirak edən Yeni Türkiyə Strateji Araşdırmlar Mərkəzinin sədri Hasan Cəlal Gözəl böyrək çatışmazlığı və yüksək təzyiq səbəbilə yerləşdirildyi xəstəxanada bu gün səhər saatlarında dünyasını dəyişmişdir.

Hasan Cəlal Gözəl 1945-ci ildə Qaziantepdə anadan olub. 1968-ci ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin İqtisadiyyat və Maliyyə Bölümünü bitirmişdir. Dövlət Planlaşdırma Təşkilatında müxtəlif vəzifələrdə çalışmışdır. Baş nazirlik Müşavirliyi, Baş nazirlik İqtisadi və Sosial İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi Müşavirliyi və məsləhətçi müavini, DPT Baş Katibi və məsləhətçi əvəzi və Başbakanlık Müsteşar müavini vəzifələrini icra etmişdir.

1986-cı ildə Ana Vətən partiyasından Qaziantepdən millət vəkili seçilmiş, Turgut Özal Hökümətində dövlət naziri və hökümətin sözcüsü olaraq çalışmışdır. 1987-cı ildə Milli Təhsil, Gənclər və İdman naziri vəzifəsini yerinə yetirmişdir. 23 noyabr 1992-ci ildə Yenidən Doğuş partiyasını qurmuş və baş sədri seçilmişdir

38 yaşında Baş Nazirin məsləhətcisi olaraq ən gənc baş nazirlik məsləhətcisi adını almışdı.

1994-cü ildə qurduğu YTSAM (Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi), bu gün bütün dünyada və Türkiyədə üç mindən çox alim ilə əməkdaşlıq edir, Türkiyənin ən böyük və ən məhsuldar strateji araşdırma mərkəzidir.

Onun fəaliyyəti sırasında 1998-ci ildə Türkiyə Cümhuriyyətinin 75 ildönümü münasibəti ilə 5 cilddən ibarət “Cumhuriyyət” toplusu, Osmanlının 700 illiyi münasibəti ilə 12 cilddən ibarət “Uluslararası Osmanlı Arasdırması” və 2002-ci ildə 21 cilddən ibarət “Türklər”, 2013-cü ildə 2 cildlik” Türk Dünyası”,  2014-də 5 cilddən ibarət “Erməni məsələsi xüsusi buraxılışı”, 2015-ci ildə 11 cilddən ibarət “Qafqazlar xüsusi buraxılışı”, 2016-cı ildə 6 cilddən ibarət “Orta Doğu Xüsusi buraxılışı” və neçə-neçə belə toplunun adını çəkmək olar.

Türkiyə tarixi, mədəniyyəti və təhsili üzrə 3 fərqli sahədə fəxri doktor adına layiq görülmüşdür.

Azərbaycan Tarix Qurumu Türk və İslam dünyasına dəyərli xidmətlər göstərmiş ictimai xadim Hasan Cəlal Gözəlin vəfatı ilə bağlı kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin. Yeri cənnətlik olsun.

 

AZƏRBAYCAN TARİX QURUMU