Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədri              

 


Tofiq Teyyub oğlu Mustafazadə — AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun «Ümumi tarix» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor.

Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyəti barədə məlumat:

1971-ci ildə Azərbaycan SSR EA Yaxın və Orta şərq xalqları İnstitutunun İran tarixi şöbəsində laborant

1971-1972-ci illərdə ADU-nun Ümumi tarix kafedrasında baş laborant

1972-1973-cü illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbində müvəqqəti tarix müəllimi

1973-1974-cü illərdə Dəvəçi (Şabran) rayonunun səkkizillik məktəblərində tarix müəllimi və tədris işləri üzfrə direktor müavini

1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspirantı

1977-1996-cı illərdə Tarix İnstitutunun Azərbaycanın qonşu xalqlarla əlaqələri şöbəsində kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi.

1996-2011-ci illərdə Tarix İnstitutunun Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi şöbəsinin müdiri

2011-cı ildən Tarix İnstitutunun Ümumi tarix şöbəsinin müdiri

1993-cü ildən Azərbaycan Tarix Qurumu ictimai birliyinin sədri

2007-ci ildən “Tarix və gerçəklik” jurnalının baş redaktoru

 

Dövlət təltifləri:

 

2012-ci ildə elm sahəsində Dövlət mükafatı

2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi

 

Professor T.T.Mustafazadənin indiyədək 160-dan çox elmi əsəri (o сümlədən 47-si xariсdə) və metodik vəsaiti çap olunmuşdur.

  • + 994 50 377 20 66; +994 55 669 08 55
  • tofig2014@rambler.ru