AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Tarix Qurumu İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycana qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” layihəsinin ikinci efir müzakirəsi keçirilib.
Verilişdə qonaq qismində iştirak edən Azərbaycan Tarix Qurumu Ictimai Birliyinin sədri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə və AMEA, Fəlsəfə və sosiologiya institutunun aparıcı elmi isçi, sosioloq, layihənin eksperti Huseyn İbrahimov bu yöndə sualları cavablandırıblar. Qonaqlar ermənilərin dünya güclərinin himayəçiliyindən istifadə edərək 1918-cii ildə Azərbaycan ərazisində özlərinə dövlət qurmasından, daha sonra isə mərhələlərlə azərbaycanlıları dədə-baba torpaqlarından qovulmasından, prezident İlham Əliyevin soydaşlarımızın öz yurdlarına qayıtması haqqında məsələ qaldırmasından bəhs ediblər.