Tanınmış alim Fransa müstəmləkəçiliyini ifşa etdi

            2025-ci il yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda Fairmont oteidə “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrasdanəinki Reyunyon adasından, eləcə də Afrikanın bir sıra ölkələrindən nümayəndələr gəlmişdi. Fransadan iki nümayəndənin iştirak etməsi xüsusi qeyd olunmalıdır.

             Hind okeanında Madaqaskar adasından 700 km şərqdə yerləşən 2,512 kv km əraziyə və 850 min nəfərə yaxın əhaliyə malik Reyunyon adası çox əlverişli iqlimə malik, meşələrlə və savannalarla örtülmüş cazibədar bir adadır. Adanın ən hündür yeri sönmüş Piton-de-Nej(3069 m) vulkanıdır. Ümumiyyətlə ada özülündə 200 km olan və okeanın dibindən başlayaraq 7000 m hündürlyə malik  vulkanik konusdan ibarətdir. Reyunyon adası iqlim müxtəlifliyi ilə fərqlənir. Burada rütubətli tropik,quru tropik, mötədil soyuq mikroiqlim zonaları vardır. Ada ərazisinin yarıya qədəri kənd təsərrüfatı üçün yararlıdır. Adada bir neçə çay axır( ən mühümləri Sen-Etyen,Rampar və İst).  Keçmişdə Reyunyon adası əldəyməmiş meşə massivləri ilə örtülü idi.Köçmələr ev tikmək, evləri qızdırmaq və əkin sahələri yaratmaq üçün ağacları kəsdiyindən  meşəlikərin sahəsi çox azalmışdır.İndi Reyunyonda meşəlikləri qorumaq ən başlıca problemlərdən biridir. Reyunyon  bütün dünyada orxideyası ilə məşhurdur. Adada geniş şəkər qamışı, ekzotik bitki plantasiyaları mövcuddur. Adanın heyvanat aləmi nisbətən yoxsuldur. Hind okeanının isti suları əhatəsində yerləşdiyindən sahil suları balıqlarla zəngindir.

           1507-ci ildə portuqallar buranı kəşf edəndə adaya kəşf etdikləri günün adına uyğun olaraq Santa-Apolloniya adlandırmışlar. 1642-ci ldə bu adanı öz mülkü elan edən Fransa 7 il sonra adanın adını dəyişərək o zaman Fransanı idarə edən sülalənin şərəfinə Burbon adası adlandırmışdır. 1764-cü ildə adanın idarə olunması hüququ fransız Ost-Hind kompaniyasından Fransa taxt-tacına keçmişdir. Fransada inqilab nəticəsində Burbonlar sülaləsi devrildikdin sonra 1793-cü ildə adanın adı dəyişdirilərək 1792-ci ildə monarxiyaya qarşı üsyan qaldırmış özlərini  federat adlandıran marsellilərin və Paris milli qvardiyaçılarının  birliyini əks etdirən və mənası “vətənpərvərlərləri birliyi”  olan Reyunyon ifadəsinə uyğun olaraq Reyunyon adlandırmışlar. 1806-cı ildə adanın adı növbəti dəfə dəyişdirlərək həmin il özünü imperator elan etmiş Napoleon Bonapartın şərəfinə Bonapart adlandırılmışlar. 1810-cu ildə adanı nəzarət altına alan ingilislər adaya Burbon adını qaytarmışlar. Həmin vaxt ingilislər burada şəkər plantasiyalarının əsasını qoymuşlar. 1814-cü il Paris sülhünə görə ada üzərində nəzarət Fransaya qaytarılmışdır. 1848-ci ildə Fransada respublika elan olunduqdan sonra isə adanın əvvəlki Reunyon adı bərpa olunmuşdur. Həmin il adada quldarlıq ləğv edilmişdir. Plantasiyalarda muzdla işləmək üçün Hindistandan və qismən də Çindən işçliər gətirilirdi. 1870-ci ildə Süveyş kanalında gəmiçiliyin başlaması ilə adada uzunmüddətli iqtisadi tənəzzül olmuşdur.

 I Dünya müharibəsi illərində şəkərə qiymətlərin düşməsi xırda və orta plantasiya sahiblərinin kütləvi şəkildə müflisləşməsinə, iqtisadi durğunluğa və əhalinin azalmasına (1866-cı ildəki 298 mindən 1921-ci ildə 173 min nəfərə düşmüşdü)  səbəb olmuşdur.

     Reyunyonda fransızlar, afrikalılar, Hindistan və Pakistandan köçmələr, çinlilər və madaqskarlıların mədəniyyətləri bir-birinə qovuşmuşdur. Ada əhalisinin yarısını fransızlar,afrikanlar və malqaşların qarışığından ibarət olan  kreollar, dörddə birini ağlar-fransızlar, 20-25 faizini isə çinlilər, vyetnamlılar və başqaları təşkil edir. Fransız dili əsasında formalaşmış kreol dili geniş yayılsa da məktəblərdə tədris yalnız faransız dilində aparılır. Hal-hazırda inzibati mərkəzi Sen-Deni olan ada Fransanın dənizaşırı departamenti olub burada 49 konton və 24 kommuna var.

             BTQ-nin icraçı direktoru Abbas Abbasov və Azərbaycan Respublikası Milli Məclisinin üzvü Zahid Oruc açılış nitqləri söylədikdən sonra “Ka Ubuntu” Müstəqillik hərəkatının sədri Romain Katambara və hərəkatın Reyunyon bölməsinin koordinatoru Benjamin Klement məruzələr edərək Reyunyon adasında Fransa müstəmləkəçiliyinin tarixi, yerli əhalinin azadlıq mübarizəsi haqqında danışdılar.

        Beynəlxalq konfrans “Reyunyonda Fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyəti” və “Beynəlxalq hüquq çərçivəsində Reyunyonun dekolonizasiya prosesi” adlı iki bölmədə işini davam etdirmişdir. Çoxlu maraqlı və faydalı çıxışlar oldu. Konfrans çərçivəsində “Ka Ubuntu” təşkilatının çəkdiyi iki videofilm də nümayiş olunmuşdur. Birinci filmdə Kröz regionuna deportasiyadan, ikinci filmdə isə fransız müstəmləkəçilərinin yerli əhalinin sayını azaltmaq məqsədiliə geçəkləşdirdikləri antihumanist “sterilizasiya”, yəni kütləvi surətdə qadınların hamiləliyinin süni  dayandırılmasşndan  bəhs olunurdu.

        AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya institutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin müdiri, Azərbaycan Tarix Qurumu ictimai birliyinin sədri t.e.d. professor konfransda çıxış edərək söylədi:

          Mən ilk növbədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fəal xarici siyasət kursuna tam dəstəyimi ifadə edir və Abbas Abbasov başda omaqla Bakı Təşəbbüs Qrupunun bu siyasi kursa uyğun fəaliyyətini təqdir edrirəm.

          Eyni zamanda uzaq Reyunyon adasından gəlmiş qonaqları  və azərbaycanlı iştirakçıları salamlayıram.

      Çıxışımın əvvəlində mən Fransa müstəmləkəçiliyinin tarixindəki qara ləkələri xatırlatmaq istərdim. Məlumdur ki, Fransa da XVII əsrdən başlayaraq Qərbi Avropa ölkələrinin müstəmləkələr ələ keçirmək uğrunda yarışında iştirak etmişdir. Fransızlar dünyanın dörd bir yanında müstəmləkələr ələ keçirməyə can atırdılar. !756-1763-ü illərdə Fransanın başının Prussiyaya qarşı müharibəyə qarışmasından istifadə edən İngiltərə Amerika və Asiyadakı  döyüşlərdə Fransaya qalib gələrək 1763-cü ildə imzalanmış Paris sülh müqaviləsinə görə fransızların Amerika və Hindistandakı müstəmləkələrini ələ keçirirlər.

        Bu səbəbdən də XIX əsrdə Fransa müstəmləkə işğallarını əsasən Afrikada və Hind-Çin yarıamadasında gerçəkləşdirmişdi. XIX əsrin sonuna yaxın Afrika ərazisinin təxminən 40 faizi Fransanın əlinə keçmişdi.

      Fransadan olan hörmətli jurnalist ingilis və fransız müstəmləkəçiliyi arasındakı bir fərqi qeyd etdi:ingilislər müstəmləkələrdə yerli xalqların nümaayəndələrində istifadə etdikləri halda fransızlar birbaşa idarəetməyə üstünlük verirdilər. Buna görə də yerli əhalini fransızlaşdırma siyasəti yürüdürdülər. Mən ingilis müstəmləkəçiliyi ilə fransız müstəmləkəçiliyi arasında daha bir fərqi qeyd etmək istərdim. Məlum olduğu kimi İngiltərədə sənaye istehsalı yüksək inkişaf etmişdi və buna görə də onu haqlı olaraq “dünya emalatxanası” adlandırırdılar. Bu səbəbdən də ingilis müstəmləkəçiliyinin başlıca xüsusiyyəti müstəmləkələrə  yüksək qiymətə sənaye məhsulları satıb, ucuz qiymətə xammal və ərzaq məhsulları almaqla mənfəət əldə etməkdən ibarət idi. Fransada sənaye İngiltərəyə nisbətən zəif inkişaf etdiyindən  fransızlar müstəmləkələrin təbii sərvətlərini birbaşa talamaqla mənfəət qazanmağa üstünlük verirdilər. Belə siyasət isə təbii ki, müstəmləkələrin əhalisinin kəskin müqavimətinə rast gəlir, fransızlar isə yerli əhalini kütləvi surətdə qırmaqdan çəkinmirdilər.

       Məsələn, Əlcəzairdə 1954-cü ildə fransız müstəmləkəçilərinə qarşı başlayan milli-azadlıq hərəkatı 1962-ci ilə kimi davam etmişdi. Əlcəzair mənbələrinə görə bu zaman 1-1,5 milyon əlcəzairli qətlə yetirilmişdir. Fransız mənbələrinə görə isə bu rəqəm 300-400 min nəfər arasında olmuşdur.Fransızların bu rəqəmi kiçiltdiklərini nəzərə alsaq Əlcəzair soyqırımı nəticəsində ortalama 1 milyon nəfərin məhv edildiyini əminliklə söyləmək olar.

       Fransa məcburiyyət üzündən müstəqilliyini tanıdığı keçmiş müstəmləkələrində də öz təsirini saxlamaq üçün yerli əhali arasında nifaq toxumu səpmiş, kütləvi qırğınlar üçün zəmin yaratmışdır. Məsələn, Fransa 1962-ci ildə Ruandada etnik mənşəyinə görə tutsi olan kralı devirib buraya “müstəqillik” verdikdə hakimiyyət başına tutsilərə qarşı soyqırım planlarına malik olduğunu bildiyi halda xutuları gətirmişdir. 6 apral 1994-cü ildə  Ruanda prezidentinin olduğu təyyarə vurulanda və prezident həlak olduqda xutu hakimiyyət orqanları bunu tutsilərin üstünə yıxaraq fransızların sakit müşahidəçiliyi ilə  soyqırıma başlamışdırlar. Yalnız 13 həftə ərzində 800 min tutsi qətlə yetirilmişdir. Bəzi mənbələrə görə soyqırım nəticəsində 1milyon 100 min tutsi qətlə yetirilmişdir.

    Nisbətən iri müstəmləkələrin əhalisinin azadlıq mücadiləsi ilə bacarmayn fransızlar onlara müstəqillik verməyə məcbur olsalar da, daha kiçik müstəmləkələri əllərində saxlamaqda davam edirlər. Belə müstəmləkələrdən biri də Reyunyondur.

        Bu adada həyata keçirilən müstəmləkəçiliyin ölk təzahürü adanın adının dəfələrlə dəyişditilməsi olmuşdur. Ada portuqallar tərəfindən Santa-Appoloniya adlandırıldığı halda fransızlar onu dəyişərək əvvəcə “Burbon”, sonra “Reyunyon”, daha sonra “Bonapart”, nəhayət yenidən “Reyunyon” adlandırmışlar. Müstəmləkəçilik siyasəti özünü həm də bunda büruzə verir ki, Reyunyonda kreol dili geniş yayılsa da məktəblərdə tədrisvə dövlət idarələrində kargüzarlıq yalnız fransız dilində aparılır.

       1946-cı ildə ada Fransanın dənizaşırı departamenti elan olunmuşdur. 1975-cü ildə adanın statusu yenidən dəyişdirilərək  Fransanın inzibati departamenti elan edilmişdir. Lakin bu idarəetmənin müstəmləkəçi siyasətini dəyişməmişdir. 1991-ci ildə maliyyə və siyasi cəncəllərə görə departamenti kütləvi iğtişaşlar bürümüşdür. 2004-cü ildə Reyunyon Şərqi və Cənubi Afrika ölkələrinin iqtisadi birliyinə daxil olmaq üçün ərizə vermişdir. 2005-ci ildə Mozambik körfəzindəki kiçik Avropa, Bassas-da-Hind adaları və Qlorez adası Renunyonun tərkibindən çıxarılaraq Fransa Cənub və Antarktik ərazisilərinin tərkibinə keçirilmışdir.

     Renunyonda  6 ildən bir seçilən  47 üzvdən ibarət Baş assambleya və 45 üzvdən ibarət Region Şurası mövcud olsa da buranı Fransa prezidentinin təyin etdiyi prefekt idarə edir.

          Müstəmləkəçilik Reyunyonu ağır vəziyyətə salsa da Fransa buradakı ağalığına son qoymaq istəmir. Fransa niyə görə Reyunyona müstəqillik vermək istəmir? Çünki buradan böyük mənfəət əldə edir.   Ölkə iqtisadiyyatının əsasını ixrac yönümlü məhsulun şəkər qamışının yetişdirilməsi təşkil edir. Qarğıdalı, kartof, banan və manqo da yetişdirilir.”Burbon” adlı qəhvə növü yetişdirilir. Sənaye əsasən şəkər istehsalı və şəkər qamışından  rom yetişdirilməsindən ibarətdir. Reyunyonun hərbi-strateji əhəmiyyəti də Fransa üçün böyük önəm kəsb edir və Hind okeanının bir hissəsinə nəzarət etmək imkanı verir.

          Sonda bir məsələni də qeyd etmək istərdim. Dünyanın çox yerində dayaqlarını itirən fransızlar indi də Ermənistana hərbi yardım göstərib burada möhkəmlənmək yolu ilə Cənubi Qafqazda təsirə malik olmaq istəyirlər  Onların bu cür syasəti isə regionda onsuz da gərgin olan siyasi vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Lakin fransızlar bilməlidirlər ki, iki qardaş ölkə Türkiyə-Azərbaycan tandemi onların bölgədə at oynatmalarına imkan verməyəcək.

       Nəhayət, sözümü yekunlaşdırıb Reyunyon xalqna azadlıq mübarizəsində qələbə arzulayıram.