Görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA Tarix və Etnologiya İnstitutu “Azərbaycanın Beynəlxalq Münasibətlər Tarixi” şöbəsinin müdiri, Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədri, professor, tarix üzrə elmlər doktoru Tofiq Mustafazadənin bu gün 75 yaşı tamam olur.
Professor Tofiq Mustafazədəni xarakterizə edəndə əsas yada düşən cəhətləri – sadə, çox zəhmətkeş və təvazökar olması, Azərbaycanın ən çətin anlarında belə alim adını hər şeydən uca tutaraq az maaşla belə elmlə məşğul olması, gözəl yaddaşa, dərin məntiq və zəkaya sahib olması, insanlara obyektiv və sevgi ilə yanaşması, yetirmələrinə ciddi münasibət, onların elm sahəsində uğurları üçün düzgün istiqamət verən ustad, arxiv sənədləri və qaynaqlara dərindən bələd olması, tarixi hadisələrə münasibətdə dərin təhlil və obyektiv yanaşma, vətənpərvər, Azərbaycanın adını getdiyi hər yerdə uca etməsi, gözəl ailə başçısı, övladları üçün əlindən gələni edən ata, etibarlı dost, ən əsası isə vətəninin layiqli övladı olmasıdır.
Tanınmış alim Tofiq Mustafazadə həm də dostları, həmkarları və yetirmələri üçün sədaqətli dost, etibarlı tərəfdaş, doğru bildiyi sözü çəkinmədən deyə bilən həmkar, möhkəm iradəli, hər şeyə öz əməyi və çalışqanlığı sayəsində nail olan dəyərli insan, ustad, bəzən həyat müəllimi, mübariz, daim zirvələrə doğru addımlayan, ədalətsizliyə qarşı etiraz səsini ucaldan, tarixi araşdırmalarda fərqli yorum və metodlardan istifadə edən, “ürəyi ilə tarix yazan alim”, “ürəyinin hərarəti ilə yazan alim”, Azərbaycan tarixinin bir çox problemləri ilə yanaşı, Nadir şah Əfşar imperiyası və şəxsiyyətini obyektiv və doğru şəkildə tədqiq edən, ictimaiyyətin ümumi rəğbətini qazanmış alimdir.
Yorulmaz elmi araşdırmalıarı ilə yanaşı Tofiq müəllim eyni zamanda Azərbaycan Tarix Qurumunun sədri kimi də fəaliyyəti böyük və çoxşaxəlidir.
Hörmətli professorun elmi fəaliyyəti həmişə diqqət mərkəzindədir. Belə ki, professor Tofiq Mustafazadənin doğum günü ilə əlaqədar Milli Kitabxanada “Professor Tofiq Mustafazadə” adlı geniş kitab sərgisi açılıb. Sərgidə görkəmli tarixçimiz Tofiq Mustafazadənin əsərləri, elmi fəaliyyətini və yaradıcılığını əks etdirən ədəbiyyatlar Azərbaycan və rus dillərində nümayiş olunur. Maraqlananlar üçün bildirək ki, sərgi bir həftə davam edəcəkdir (https://www.millikitabxana.az/news/milli-kitabxanada-professor-tofiq-mustafazade-adli-kitab-sergisi-achilib).
Bu gün 75 yaşı tamam olan dəyərli ustadıma, bu gözəl və məhsuldar çağında möhkəm can saglığı, uzun ömür və gözəl günlər arzulayır, ailəsi ilə birlikdə sevincli və xoşbəxt bir ömür arzulayıram. İnşallah 80, 90, 100 və s. yaşınızı qeyd etmək nəsib olsun! Qiymətli ustadım Yubileyiniz mübarək!!!
Azərbaycan Tarih Qurumu İctimai Birliğinin bütün üzvləri, dostları və həmkarları da bu təbrikə qoşulur!!!
Dos., t.ü.f.d. İradə Məmmədova
Azərbaycan Tarix Qurumu İctima Birliyinin sədr müavini