MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ

 

Azərbaycan Tarix Qurumunun nəşri olan və 3129 sayla Ədliyyə Nazirliyində qeydə alınmış“Tarix və Gerçəklik” jurnalına məqalələr qəbul olunur:

 

  1. Məqalələr Azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalənin yazıldığı dil­dən əlavə iki dildə xülasə verilməlidir.
  2. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat xüla­sə­lərdən əvvəl kodlaşma üsulu ilə göstərilməlidir.
  3. Məqalənin mətnləri 1 intervallaTimes New Roman 13 ölçülü şriftlə yığılmalıdır.
  4. Məqalələr göstərilən jurnalın profilinə uyğun olmalıdır.
  5. Məqalələr və xülasələr kompüterdə çap olunmuş şəkildəCD disklə birlikdə təqdim olu­nur, disklər geri qaytarılmır.
  6. Müəllif haqqında məlumat: Adı, soyadı və atasının adı, işlədiyi təşkilatın adı, elmi dərə­cə­si, vəzifəsi (bunlar məqalə nəşr olunarkən göstəriləcəkdir), ev və mobil telefonları, elek­tron poçt ünvanı (məqalə müəllifləri ilə əlaqə yaratmaq üçün).
  7. Dərc olunan məqalə haqqında müvafiq məqalənin yazıldığı istiqamətlə məşğul olan iki mü­tə­xəssisin rəyi (mütəxəssislərdən biri redaksiya heyətinin üzvü olmalıdır) və mü­va­fiq elmi müəssisənin elmi şurasının protokolundan çıxarışı olmalıdır.

 

Bu tələblərə cavab verməyən məqalələr çap edilməyəcək. Əlyazmaları geri qaytarılmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir