28 May

1918ci il mayın 28də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

M.Ə.Rəsulzadə yazırdı: «Azərbaycan müsəlman aləmində ilk respublika və türk aləmində ilk dövlətdir. Mənim ilk baxışda qəribə görünən bəyanatımın ikinci hissəsi ola bilsin, sizi təəccübləndirir. Lakin əslində elə də var. Türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda Azərbaycan Respublikası müasir milli-mədəni müstəqillik təməlinə, türk millidemokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir».

Azərbaycan Tarix Qurumu İctimai Birliyi 28 may Respublika günü və Azərbaycan Xalq Cümhuriyətinin yaranmasının 101 illiyi münasibəti ilə Azərbaycan xalqını ürəkdən təbrik edir, tezliklə işğal altında olan torpaqlarımızın azad olunmasını, xalqımızın hər zaman azad və firavan yaşamasını arzu edir.

Müstəqilliyimiz daimi və əbədi olsun!!!

Azərbaycan Tarix Qurumu İctimai Birliyi

 İMM

Şərh yaz