09 Fev
Elmin dayağısan, Yaqub müəllim!
(A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, millət vəkili Y.M.Mahmudova)
Vətən tarixini sevib, aradın
Elin dərd-sərinə sən çox yaradın,
Düşməni sözünlə tən paraladın.
Millətin soykökün düşünən alim,
Elmin dayağısan, Yaqub müəllim!
Zəhmətlə böyüdün, ərsəyə çatdın,
Zülmün, haqsızlığın acısın daddın,
Oxudun, çalışdın, tarix yaratdın
Bir deyən olmadı: – “köməyə gəlim?…”
Elmin dayağısan, Yaqub müəllim!
Erkən duydun azadlığın dadını,
Pozmamısan ilqarını, andını
Ucaltmısan Səfəvilər adını.
Əsrlərin yükün daşıyan alim,
Elmin dayağısan, Yaqub müəllim!
Çox düşdün izinə gizli sirlərin
Arayıb-açmısan o məxəzlərin,
Soyqırım törədən, şərəfsizlərin…
Qəsdinə durmusan, olmazsan həlim,
Elmin dayağısan, Yaqub müəllim!
“İrəvan tarixi” şah əsərindir,
Sinəndə qövr edən dərdi-sərindir,
Düşmənə layiqli bir sipərindir,
Haqqa güvənmisən, fədakar alim,
Elmin dayağısan, Yaqub müəllim!
Dostun Nizamilə Məclislərdə siz,
Yurddaşı qoymadız qalsın çarəsiz,
Elmə də töhfələr verdiz, şübhəsiz
Yazıldı tarixim, ucaldı dilim,
Elmin dayağısan, Yaqub müəllim!
Heydər dühasının davamçısısan,
Böyük əməllərin ilhamçısısan,
Tarix elmimizin bir carçısısan,
Vermisən gənclərə dəyərli təlim,
Elmin dayağısan, Yaqub müəllim!
Zəfər Kərimov
“Qızıl qələm” Media mükafatı laureatı
Şərh yaz