19 Yan

 

Yanvarın 19-dən 20-na keçən o dəhşətli, eyni zamanda azadlığımıza aparan o qürürverici gecədən 30 il keçir. 20 yanvar sadəcə “Qara yanvar”, hüzn günü, faciə günü, xalqımızın qaranlıq gecədə baş verən dəhşətlərdən sarsıldığı gün deyil, Azərbaycan xalqının azadlıq ruhunun haykıraraq üzə çıxdığı, xalqımızın bu dəhşətli faciə qarşısında bütün təbəqələrinin, sosial vəziyyətindən, yaşından, cinsindən asılı olmayaraq birləşdiyi, bu faciəyə mərdliklə sinə gərərək, qürürla dayandığı, azadlıq uğrunda heç nədən qorxmayaraq, cəsarətlə mücadilə etdiyi gün, azadlığımıza gedən yoldur.

AZƏRBAYCAN TARİX QURUMU VƏTƏNİMİZİN MÜSTƏQİLLİYİ VƏ AZADLIĞI UĞRUNDA CANLARINI FƏDA ETMİŞ 20 YANVAR ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİNİ DƏRİN EHTİRAMLA YAD EDİR. AZƏRBAYCAN TARİXİNDƏ QANLARI BAHASINA QƏHRƏMANLIQ SƏHİFƏSI YAZAN ŞƏHİDLƏRİMİZƏ ALLAH RƏHMƏT ELƏSİN! RUHLARI ŞAD OLSUN!

Azərbaycan Tarix Qurumu

20.01.2020

 

Şərh yaz