• Noy
    30

    Time: 10:00

    Location: Bakı, Azərbaycan

    Noyabrın 30-da, saat 10:00-da “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri”mövzusunda beynəlxalq elmi konfrans olacaq.

    Beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.

    Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu”dur.

    Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.

    Beynəlxalq konfrans AMEA-nın əsas binasının kiçik akt zalında (2-ci mərtəbə) olacaq.

    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 115.

     

    Konfrans proqramı